AFFA araşdırdı, bu komandanı cəzalandıracaq - VİDEO

5 Oktyabr 2023 09:40 II Divizion 964
AFFA araşdırdı, bu komandanı cəzalandıracaq - VİDEO

AFFA II Liqada çıxış edən «Göygöl»ə 0:3 hesablı texniki məğlubiyyət verəcək.

Bu haqda federasiyadan redaksiyamıza bildirilib.

Qeyd olunub ki, aparılan araşdırma nəticəsində bölgə klubunun saxtakarlığa yol verməsi aşkarlanıb.

Hadisə 5-ci turun oyununda qeydə alınıb. Belə ki, «Dinamo»nu qəbul edən ev sahiblərinin heyətində meydana çıxan və 33-cü dəqiqədə qol vuran Fərid Məmmədov, əslində, «Şəmkir»in futbolçusudur (4:3).

Adıçəkilən yavrımmüdafiəçi 3-cü turda «Şəmkir»in heyətində «Dinamo»ya qarşı 31 dəqiqə forma geyinib. O, həmin görüşdə erkən əvəzlənməsinə etiraz əlaməti olaraq düşərgəni tərk edib və «Göygöl»ə yollanıb.

İkincilər isə Məmmədovla bağlı heç bir araşdırma aparmadan onunla müqavilə bağlayıb və xidmətindən yararlanıb.

Bu, II Liqada ilk belə hadisə deyil. Artıq 3 bu cür olayla üzləşmişik.

Belə ki, 2-ci turun “Ağdaş”la “Baku Sportinq” arasındakı qarşılaşmasında qonaqlar adı protokolda olmayan oyunçunu meydana buraxmışdı, 3-cü turda “Şəmkir də “Dinamo” ilə oyunda eyni səhvi təkrarladı.

Nəhayət, Şamaxıda “Şahdağ Qusar”la qarşılaşan “Cəbrayıl” da bu problemlə üzləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA