Azərbaycan II Liqasında cari mövsümün ən erkən qolu vurulub.
Bu, V turun "Şəmkir" - "Ağdaş" matçında (3:2) baş verib.
Ev sahibləri 14-cü dəqiqədə Elgün Namazovla hesabı açıb. 20-ci dəqiqədən penaltidən fərqlənən Tural Vəlizadə fərqi 2 topa çatdırıb.
Baş hakim Səbuhi Bayramlv 39-cu dəqiqədə daha bir dəfə penalti nöqtəsini göstərib – bu dəfə qərblilərin əleyhinə. Zamiq Abubəkirov fürsəti qaçırmayıb.
«Şəmkir» fasiləyə az qalmış növbəti dəfə qonaqların qapısına yol tapıb. Ağdaşlılar 66-cı dəqiqədə Xəzər Məmmədovla yenidən hesab arasındakı fərqi minimuma endirib.
Ən kritik hadisə 90+7-ci dəqiqədə yaşanıb. Habil Məmmədli cərimə zərbəsindən göndərilən topu başla tora qovuşdursa, laynsman oyundankənar vəziyyət qeydə alıb.
O. bununla razılaşmayıb və ardıcıl etirazlara görə iki sarı vərəqə alıb.
Məmmədlinin meydandan qovulması baş məşqçisi Ruslan Hüseynovu da özündən çıxarıb. «Ağdaş»ın sükançısı hakimlərə narazılığını bildirincə, qarşısında qırmızı vərəqə görüb.
Mövsümdə ilk qələbəsini qazanan "Şəmkir" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 5 xalı olan "Lerik" isə 10-cu yerdədir.
SPORTİNFO.AZ

