Sabiq "Neftçi"li yeni yaranan komandaya da gərək deyil? – VİDEO+FOTOLAR

3 Oktyabr 2023 09:40 II Divizion 1 342
Sabiq "Neftçi"li yeni yaranan komandaya da gərək deyil? – VİDEO+FOTOLAR

Azərbaycan II Liqasında V tura start verilib.

«Neftçi»nin təlim-məşq bazasına sığınan "Cəbrayıl" burada "Kür-Araz"ı qəbul edib.

Qarşılaşma ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Baxşəli Baxşəliyev 32-ci dəqiqədə cinah ötürməsini yaxın məsafədən qola çevirib. Cavid Hüseynovun komandası hesabı artırmaq üçün xeyli imkan əldə edib.

Qarabağ təmsilçisi ikinci hissədə dörd təkbətək epizodu boşa verib. İmişlilər də iki dəfə qola yaxın olub. Hər iki halda qapıçı Həsən Həsənli sayıqlığı əldən verməyib.

Onu da vurğulayaq ki, «Kür-Araz»ın lideri Cavid İmamverdiyev meydana çıxmayıb. Millinin və «Neftçi»nin keçmiş yarımmüdafiəçisi sonadək ehtiyatda qalıb.

Xallarını 12-yə yüksəldən "Cəbrayıl" çempionatın lideridir. 6 xalı olan "Kür-Araz" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Neftçi Futbol Mərkəzi. 55 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Mirnihad Seyidov
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Əliəkbər Şəbiyev, 43 (qeyri-idman hərəkəti) // Qeyrət Əliyev, 47 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 62 (hakimin qərarına etiraz); Mirabbas Mirbabayev, 67 (hakimin qərarına etiraz)
Qol: Baxşəli Baxşəliyev, 32
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

"“Cəbrayıl”

23. Həsən Həsənli
10. Tapdıq Əhmədov (k)
(99. İman Müseyibov, 87)
17. Nurlan Quliyev
25. Baxşəli Baxşəliyev
26. Elvin Dəmirov
13. Elşad Əliyev
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
(7. Mehman Süleymanlı, 64)
22. Əli Nəcəfli
14. Əliəkbər Şəbiyev
4. Saleh Süleymanov
Ehtiyat oyunçular:

1. Namaz İsmayılov
62. Mənsum Hüseynov
45. İntiqam Məmmədov
30. Nazim Kərimli
21. Kamran Yolçiyev
11. Anar Tağıyev
15. Nihat Şirinzadə
20. Zahid Abbaszadə
Baş məşqçi: Cavid Hüseynov

Kür Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
55. Qeyrət Əliyev
14. Elnur Məmmədov (k)
8. Cavidan Musazadə
(9. Elxan Məmmədov, 82)
20. Ramil Əliyev
(17. Elariz Xəlilli, 62)
22. Mirabbas Mirbabayev
6. Ağasən Əsgərov
7. Eltun Hüseynov
(16. Orxan Məmmədov, 46)
15. Babək Yaqublu
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:

99. Novruz Qəhrəmanov
3. Fəyar Hüseynov
13. Rəmzi Xubalıyev
10. Cavid İmamverdiyev
33. Orxan Məhərrəmov
18. Ceyhun Quliyev
4. Fərid Oruczadə
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
Baş məşqçi: Ələmdar Mustafayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA