Azərbaycan II Liqasında IV tur arxada qalıb. "Ağdaş" doğma meydanda "Lerik"i qəbul edib.
Tərəflərin çoxsaylı cəhdlərinə, ev sahiblərinin 78-ci dəqiqədən etibarən meydan azlıqda qalmasına baxmayaraq, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Ağdaşlılar hətta 90+4-cü dəqiqədə penaltini qaçırıb. Referi Rauf Allahverdiyevin Oleq Xəlilova qarşı kobudluğa görə təyin etdiyi cərimə zərbəsini Xəzər Məmmədov boşa verib.
Bir nüansı da diqqətə alaq. Ağdaş şəhər stadionu kənardan gözəl görünsə də, meydanın durumu içacıdır.
Təbii qazon kələ-kötür halıyla futbolçuları xeyli əziyyətə salır. Tezliklə bura əncam çəkilməsə, kiminsə ya ayağı, ya da beli sınacaq. Hər an zədə almaq ehtimalı 100 faizdir.
4 turdan sonra 7 xal toplayan "Lerik" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 5 xalı olan "Ağdaş" isə 9-cu yerdədir.
SPORTİNFO.AZ
Ağdaş şəhər stadionu. 150 tamaşaçı Baş hakim: Rauf Allahverdiyev Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev Dördüncü hakim: Kamil Aydınov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Sarı vərəqələr: Taryel Zeynalov, 45+1 (qeyri-idman hərəkəti); 78 (hakimin qərarına etiraz) // Rəvan Quluzadə, 90+2 (qeyri-idman hərəkəti); Ayaz Məmmədli, 90+3 (hakimin qərarına etiraz); Nicat Səfərov, 90+5 (hakimin qərarına etiraz) Qırmızı vərəqə: Taryel Zeynalov, 78 Qol: yoxdur Qolla nəticələnməyən penalti: Xəzər Məmmədov, 90+4 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.