
Azərbaycan II Liqasında IV tura yekun vurulub.
"Qusar" Sumqayıtda "Göygöl"ü qəbul edib.
Səbuhi Bayramovun baş hakimi olduğu qarşılaşma kifayət qədər gərgin keçib. Nominal ev sahibləri 11 qol epizodunu boşa verib.
20-ci dəqiqədə hesabı açmış Sərxan Ağayev penaltini qaçırıb. Qonaqların qapıçısı Nicat Əmirxanov onun zərbəsini qaytarmaqla yanaşı, çoxsaylı epizodlarda seyvləri ilə komandasının dadına çatıb.
Bu görüşdə "Göygöl"ün bərabərlik qolunu vurmuş Vüqar Əşrəfli daha bir dəfə diqqət mərkəzinə düşmüş
Çempionatda 6 əfə fərqlənməyi bacarmış hücumçu 71-ci dəqiqədə ikinci sarı vərəqəni alıb və vaxtından əvvəl paltardəyişmə otağına göndərilib.
Göygöllü forvard referinin qərarı ilə razılaşmayaraq, penalti nöqtəsinin üzərində olan topu zərblə kənara vurub.
4 turdan sonra 7 xal toplayan "Göygöl" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 4 xalı olan Kamran Əlibabayevin "Qusar" isə 11-ci yerdədir.
SPORTİNFO.AZ
"Qusar" - "Göygöl" 1:1
Qollar: Sərxan Ağayev, 20 - Vüqar Əşrəfli, 43