
"Qarabağ"ın çoxdandır belə oyunu olmamışdı".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Ağdam klubunun "Molde" ilə Bakıda keçirdiyi matçı (1:0) dəyərləndirib.
Tanınmış teleşərhçi "köhlən atlılar"ın Avropa Liqasının qrup mərhələsinə möhtəşəm oyunla start verdiyini bildirib.
Qeyd edib ki, Azərbaycan çempionu 90 dəqiqə ərzində Norveçdən olan rəqibi önündə üstün təsir bağışlayıb, çoxsaylı qol epizodları yaradıb:
"Hesab üç-dörd top fərqiylə olmalıydı. Bu, "Qarabağ"ın cari mövsüm keçirdiyi ən yaxşı oyun idi.
Bütün komanda əla təsir bağışladı. Elə futbolçu olmadı ki, yaxşı təsir bağışlamasın. Amma mən yenə Marko Yankoviçi fərqləndirərdim».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: