Azərbaycanda bu komanda ciddi xətaya yol verdi

27 Sentyabr 2023 02:10 II Divizion 568
Azərbaycanda bu komanda ciddi xətaya yol verdi

"Cəbrayıl" II Liqanın IV turu çərçivəsində səfərdə "Şahdağ Qusar"la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, qonaq komanda bu matçda kobud səhvə yol verib.

Belə ki, Cavid Hüseynovun rəhbərlik etdiyi bölgə təmsilçisinin heyətində adı protoklolda olmayan futbolçu iştirak edib.

"Cəbrayıl"ın heyətində matçın protokolunda adı olmayan 17 nömrəli futbolçu Nurlan Quliyev əvəzetmədən oyuna girib. AFFA İntizaam Komitəsi komandaya texniki məğlubiyyət verəcək.

"Şahdağ Qusar" - "Cəbrayıl" qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti