II Liqada dördüncü turun qarşılaşmaları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.
İlk üç turda qələbələri sıralayan «Cəbrayıl» Şamaxıda «Şahdağ»ın qonağı olacaq.
“Baku Sportinq” Binədə “Sheki City” ilə üz-üzə gələcək. «Ağdaş» isə təmsil etdiyi rayonda «Lerik»lə münasibətlərinə aydınlıq gətirəcək.
“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Zakir Şükürzadə, Elvin Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı OİK stadionu, 15:00
“Baku Sportinq” – “Sheki City”
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Aydın Bəxşiyev, Murad Səlimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu, 15:00
“Ağdaş” – “Lerik”
Hakimlər: Rauf Allahverdiyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamil Aydınov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağdaş şəhər stadionu, 15:30

