İkinci Liqada 4-cü tura start verilib.
Yeni hesabat həftəsinin ən məhsuldar oyununa Saatlı ev sahibliyi edib.
Qonşu İmişlidən olan “Kür-Araz” burada “Kürmük Qax”ı qəbul eləyib. Matçda 9 qol vurulub ki, bunun da 8-i ilk hissədə qeydə alınıb.
Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev het-trikə imza atıb. O, ilk 15 dəqiqə ərzində qonaqların qapısına yol tapıb.
Tanış simalardan Qeyrət Əliyev də başla baxımlı qol vurub.
Heç şübhəsiz, qaxlı futbolçulardan Elcan Hafizlinin üzərində dayanmağa dəyər.
«Kürmük»ün hücumçusu 9-cu dəqiqədə təxminən 30 metr məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirib və bu qol bəlkə də mövsümün ən yaxşısı seçiləcək.
Deyərdik ki, avropalı məşhur oyunçular da Elcanın vuruşuna həsəd apara bilər. Həqiqətən fantastik qol alındı!
SPORTİNFO.AZ
“Kür-Araz” – “Kürmük Qax” 6:3
Qollar: Cavid İmamverdiyev, 7; 14; 15. Eltun Hüseynov, 45+1. Qeyrət Əliyev, 77. Ceyhun Quliyev, 88 – Elcan Hafizli, 9. Nail Təhməzli, 36. Elvin Süleymanov, 90+3.

