Azərbaycan II Liqasında III turun ən maraqlı oyunlarından biri "Göygöl" və "Kür-Araz" arasında keçirilib.
Qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Göygölün eyniadlı təmsilçisi matçın gedişində Vüqar Əşrəfli və Ziyabil Məmmədovla iki qol vurub. İmişli komandası bundan ruhdan düşməyib.
Qonaqlar 70-ci dəqiqədən etibarən meydanda azlıqda qalıb. Rəqibi aşkar qol vurmaqdan məhrum edən müdafiəçi Ağasən Əsgərov qırmızı vərəqə alıb.
Üç dəqiq içində hesab bərabərləşib. HÖncə Elnur Məmmədov Cavid İmamverdiyevin pasını qola çevirib.
83-cü dəqiqədə isə millinin sabiq yarımmüdafiəçisi Ramazan Abbasov ikinci qolu vurub.
Ən maraqlı anlar artırma dəqiqələrinin payına düşüb. "Kür-Araz"ın qapıçısı Əzəmət Museyibov cərimə meydançasından kənaoda topu əliylə tutduğu üçün referi Mahmud Bağırzadə ona «qırmızı» verib.
Belədə Ceyhun Quliyev Eltun Hüseynovun əvəzinə meydana daxil olub və qapıya keçib. Lakin o, Ziyabilin cərimə vuruşuna mane ola bilməyib. Vüqar Əşrəfli 90+8-ci dəqiqədə son nöqtəni qoyub.
Xallarını 6-ya yüksəldən "Göygöl" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 3 xalı olan "Kür-Araz" isə doqquzuncu yerdədir.
SPORTİNFO.AZ

