"Əsgər salamı" və mübahisə ilə diqqət mərkəzinə düşdülər - VİDEO

23 Sentyabr 2023 15:00 II Divizion 853
"Əsgər salamı" və mübahisə ilə diqqət mərkəzinə düşdülər - VİDEO

Azərbaycan II Liqasında III turun oyunları keçirilib.

Region Liqasının son qalibi "Qusar" Bakıda "Füzuli"nin qonağı olub.

Qarşılaşma nominal ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Təmraz Əmircanov 54-cü dəqiqədə penalti zərbəsini dəqiqə yerinə yetirib.

Qarabağ təmsilçisinin futbolçuları hesabı açdıqdan sonra sıra düzülüşü edərək, «əsgər salamı» verib.

Matçla bağlı daha bir məqam son dəqiqəyə aiddir. Belə ki, qonaqların hücumçusu Sərxan Ağayev ikili mübarizə zamanı qapıçı Rafiq Kərimova xəsarət yetirib.

"Füzuli"nin müdafiəçisi Nurlan Məmmədov onunla mübahisə edib. Bu zaman onu yalnız komanda yoldaşları sakitləşdirib.

"Qusar"ın futbolçuları isə kapitanlarının yanına gəlməyib, kənarda dayanaraq seyrçi qalıblar. Bu da təsdiq edir ki, Kamran Əlibabayev baş məşqçisi olduğu kollektivdə birlik yarada bilməyib.

Xallarını 6-ya yüksəldən "Füzuli" turnur cədvəlinin altıncı pilləsində qərarlaşıb. Passivində 2 yenilgi olan "Qusar" isə 3 xalla onuncu yerdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti