Azərbaycan II Liqasında III turun oyunlarına yekun vurulub.
"Baku Sportinq" Binədə "Şahdağ Qusar"ı qəbul edib.
Qarşılaşma Elman Sultanovun çalışdırdığı paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ev sahiblərindən Rəvan Kərimov 5-ci dəqiqədə hesabı açıb. Onun akrobatik vuruşu qol pərdəsini aralayıb.
Salman Atluxanov ilk yarımsaatın tamasında qusarlıların üzünü güldürüb, fasilədən sonra isə «Bakı»nın yetirməsi Ülvi Quliyev birincilərin qələbə topunu vurub.
"Baku Sportinq"dən Cəfər Əlizadəni də qeyd etməliyik. Adıçəkilən 2 epizodda əla sey göstərərək, rəqibin yenidən fərqlənməsinə imkan verməyib.
Onun bir qurtarışı isə stadiona toplaşanların alqışını qazanıb.
Xallarını 6-ya yüksəldən "Baku Sportinq" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 4 xalı olan "Şahdağ Qusar" isə doqquzuncu yerdədir.
SPORTİNFO.AZ