
“Cəbrayıl” II Liqada mövsümə əla başlayıb.
Cavid Hüseynovun çalışdırdığı Qarabağ təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.
Onlar “Neftçi“ Futbol Mərkəzində (IV meydança) təşkil olunan qarşılaşmada “Göygol”ə qalib gəlib.
Kamranbəy Rəhimovun idarə etdiyi və kifayət qədər məhsuldar keçən matçda 7 qol vurulub, üçü penaltidən.
Nominal ev sahibləri 2, qonaqlar 1 belə fürsəti dəyərləndirib. Göygöllülər üç dəfə geri düşdükləri oyunda hesabı bərabərləşdirib.
Cəbrayılın eyniadlı komandasından Elvin Nəsibov dubla imza atıb. Tapdıq Əhmədov da adını tabloya yazdırıb.
Coşqun Abdıyev, Ziyabil Məmmədov, Ülvi Cəlilovun qollarına mane ola bilməyən birincilər yalnız 90+4-cü dəqiqədə istəyinə çatıb.
Nurlan Quliyev cinah ötürməsini boşa verməyərək, komandasına kritik 3 xal qazandırıb.
«Cəbrayıl»ın ilk turda «Füzuli»yə də son dəqiqələrdə vurduğu qolla qalib gəlməsini xatırladaq.
SPORTİNFO.AZ