VİDEO: Azərbaycanda hücumçu elə qolu vura bilmədi ki… İNANILMAZ!

14 Sentyabr 2023 21:00 II Divizion 809
VİDEO: Azərbaycanda hücumçu elə qolu vura bilmədi ki… İNANILMAZ!

II Liqada ikinci tur arxada qalıb.

Hesabat həftəsinin ən maraqlı oyunlarından biri Saatlıda keçirilib.

İmişlinin təmsilçisi olan “Kür-Araz” qonşu rayonda “Füzuli”ni qəbul edib - 1:2.

Nominal ev sahiblərindən Elnur Məmmədov 3-cü dəqiqədə hesabı açıb. Kənan Mirzəliyev, yarım saat sonra status-kvonu bərpa eləyib.

Qonaqlar ikinci hissənin əvvəlində ikinci qolu vurub. Təmraz Əmircanov müdafiəçilərin səhvini bağışlamayıb.

Son dəqiqələrdə maraqlı hadisə baş verib. “Kür-Araz”ın hücumçusu 1 metrdən boş qapını dəqiq nişan ala bilməyib. O, ötürməni qapının üstündən vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti