AFFA yeni yaranan komandanın fırıldağının üstünü açdı

13 Sentyabr 2023 22:40 II Divizion 1 524
AFFA yeni yaranan komandanın fırıldağının üstünü açdı

AFFA İntizam Komitəsi II Liqa komandası “Baku Sportinq”ə texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, buna “Ağdaş”a qarşı keçirilən II turun oyunundakı qayda pozuntusu səbəb olub.

Belə ki, matçın rəsmi protokolunda adı olmayan Elgün Abbaslı 58-ci dəqiqədə “Baku Sportinq”in heyətində meydana çıxıb.

Bu, adıçəkilən komandanın 0:3 hesablı texniki məğlubiyyət alması ilə nəticələnib. “Baku Sportinq” həmçinin 400 manat cərimələnib.

Ağdaşda keçirilən görüşdə “Baku Sportinq” 4:2 hesablı qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq