“Neftçi”də çempion olmuş futbolçu tanınmaz indi hala düşdü - VİDEO

12 Sentyabr 16:40 II Divizion 2 718
“Neftçi”də çempion olmuş futbolçu tanınmaz indi hala düşdü - VİDEO

Tanınmış azərbaycanlı futbolçu xarici görünüşü ilə diqqət çəkib.

Söhbət birvaxtlar Premyer Liqanın ulduz futbolçularından hesab olunan Cavid İmamverdiyevdən gedir.

Karyerasını İkinci Liqada davam etdirmək qərarına gələn və “Kür-Araz”la anlaşan 33 yaşlı futbolçu aşağı dəstədə 2 oyunda meydana çıxıb.

İmişli təmsilçisinin “Şəmkir”lə səfər, “Füzuli” ilə ev qarşılaşmalarında forma şansı qazanan İmamverdiyev səviyyəsini ortaya qoyub.

Doğulduğu Şəmkirdə rəqib qapısına qol vurubsa, növbəti matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Cavidin xarici görünüşü onu tanınmaz hala salıb. Artıq çəki yığan, hətta qaçmaqda belə çətinlik çəkən sabiq milli üzvünün çəkisi 100 kq-a yaxındır.

Kökəlməsinə baxmayaraq, təcrübəsi hesabına sözünü deməyi bacarır. Adam İkinci Liqada gəzə-gəzə qol vurur, assist edir.

“Kür-Araz” ilk turda “Şəmkir”i 3:2 hesabı ilə məğlub edib, “Füzuli”yə 1:2 hesabı ilə uduzub.

Cavid İmamverdiyev karyerası ərzində “Neftçi”, “Karvan”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, “Sabah”, “Keşlə” (indiki “Şamaxı”), “Kəpəz” kimi komandaların şərəfini qoruyub, Premyer Liqada 244 oyunda rəqib qapılarına 23 dəfə yol tapıb.

Azərbaycan millisində 10 oyunda 1 qol vuran yarımmüdafiəçi “Neftçi”nin heyətində 3 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qalıdıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır