Mütləq izləyin, II Liqada daha bir gözəl qol – İKİ VİDEO

11 Sentyabr 2023 11:40 II Divizion 648
Mütləq izləyin, II Liqada daha bir gözəl qol – İKİ VİDEO

Azərbaycan II Liqasında ikinci turun matçlarına start verilib.

"Şahdağ-Qusar" Şamaxıda "Kürmük Qax"la qarşılaşıb.

Matç qusarlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdaş səfərində iki qol vuran Tural Qürbətov yenə dubla imza atıb.

«Bakı»nın yetirməsi olan hücumçu 15 və 30-cu dəqiqələrdə adını tabloya yazdırıb. İlk turda «Göygöl»ün qapısına iki dəfə yol tapmış Elcan Hafizli bu turda da fərqlənməyi bacarıb.

Qax komandasının forvardı 74-cü dəqiqədə əla təşkil olunmuş hücumu gözəl zərbəylə tora qovuşdurub.

Ancaq 3 dəqiqə sonra qusarlılar Fuad Hüseynovla fərqi yenidən 2 topa çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti