Azərbaycan çempionatında qapıçı qol vurdu, gənc hücumçu het-trik etdi, narazılıq qopdu - VİDEO

8 Sentyabr 2023 23:40 II Divizion 3 986
Azərbaycan çempionatında qapıçı qol vurdu, gənc hücumçu het-trik etdi, narazılıq qopdu - VİDEO

II Liqada maraqlı hadisə baş verib.

Qapıçı rəqib qapısına yol tapıb.

Olay «Göygöl» - «Kürmük» matçında (4:2) qeydə alınıb. Belə ki, Qax təmsilçisinin qolkiperi Səbuhi Əhmədov 45-ci dəqiqədə hakimin təyin etdiyi zərbəni dəqiq yerinə yetirib.

Daha sonra komanda yoldaşı Elcan Hafizli adını tabloya yazdırıb və hesabı 2:2 edib. Lakin qonaqların bundan artığına gücü çatmayıb.

Vüqar Əşrəflinin het-triki və Ziyabil Məmmədovun qolu Göygöl Olimpiya Kompleksinin stadionuna toplaşan yerli tamaşaçılara qələbə sevinci yaşadıb.

«Kürmük» tərəfi hakimlikdən narazı qalıb. Qaxlılar Şəkidən olan referi Rəvan Həmzəzadənin idarəçiliyini bəyənməyib.

Premyer Liqada görməyə adət etdiyimiz baş hakim iki epizodda «Kürmük»ün futbolçularının penalti istəyinə «yox» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti