
İİ Liqanın təşkili iki tanınmış keçmiş futbolçunun karyerasını bərpa etməsinə səbəb olub.
Bunlar Ramazan Abbasovla Cavid İmamverdiyevdir.
«Bakı»nın yetirməsi olan Abbasov 7 ildən çox idi ki, gözdən itmişdi.
Ötən müddətdə ara-sıra müxtəlif həvəskar komandaların heyətində görünən yarımmüdafiəçi bu dəfə «Kür-Araz»dan gələn dəvəti geri çevirməyib.
O, İmişli komandasının heyətində «Şəmkir»ə qarşı debüt matçına çıxıb və qol vurub.
Cavid də həmçinin. «Neftçi»nin yetirməsi doğma rayonunun təmsilçisi ilə görüşün 82-cə dəqiqəsində qələbə topunun müəllifi olub.
Şəmkirdə keçirilən qarşılaşma dramatik alınıb. Olimpiya Kompleksinin stadionunun tamamilə yararsız vəziyyətə düşməsinə baxmayaraq. “Kür-Araz” oyunun gedişində 2:0 hesabıyla qabağa çıxıb.
Qərb kollektivi Məhərrəm Bayramlı və Elcan Rəhimov status-kvonu bərpa eləyib. Amma «pambıqçılar» İmamverdiyevlə 3 xal hədəfinə çatmaq fürsətini boşa verməyib.
SPORTİNFO.AZ