18 il keçdi, yenidən fəaliyyətini bərpa etdi, “Şəfa” tapmadı - İKİ VİDEO +FOTOLAR

6 Sentyabr 2023 11:40 II Divizion 806
18 il keçdi, yenidən fəaliyyətini bərpa etdi, “Şəfa” tapmadı - İKİ VİDEO +FOTOLAR

2005-ci ilin yayında tarixin yaddaşına köçmüş və yalnız yaxınlarda fəaliyyətini bərpa eləmiş «Şəfa» II Liqada ilk matçına çıxıb.

Tural Rzayevin çalışdırdığı komanda özü kimi debütant "Baku Sportinq"in qonağı olub.

Binə qəsəbə stadionunda təşkil olunan qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

Elman Sultanovun drujinasından Ülvi Quliyev het-trikə imza atıb (39, 45, 64-pen). Daha bir qolu isə Röyal Nəcəfov vurub. «Şəfa»nın heyətində isə Asim Quliyevlə İbrahim Yusifov adını tabloya yazdırıb.

"Baku Sportinq"də Elşad Manafov, Bəxtiyar Soltanov, Hüseyn Əliyev, Comərd Baxşəliyev, Qərib İbrahimov, Məhəmməd Xəlilov kimi vaxtilə Premyer Liqa görmüş futbolçuların çıxış etməsini bildirək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA