Azərbaycanda oyun vaxtı stadionda iş görüldü, meydana şifer düşdü - VİDEO

6 Sentyabr 2023 01:20 II Divizion 1 080
Azərbaycanda oyun vaxtı stadionda iş görüldü, meydana şifer düşdü - VİDEO

Azərbaycan II Liqasının I turunun “Göygöl” - “Kürmük Qax” oyununda maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanın əvvəlində meydançanın kənarına şifer düşüb.

Bu səbəbdən görüşdə fasilə yaranıb. Matçın baş hakimi Rəvan Həmzəzadə şifer oradan götürülənə qədər oyunu başlatmayıb. Fasilə iki dəqiqəyə yaxın çəkib.

Maraqlıdır ki, matçın canlı yayımına yansıyan görüntülərdə oyun zamanı meydanın kənarında iş görüldüyü müşahidə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA