
II Liqada mövsüm Qarabağ derbisi ilə açılıb. "Füzuli" Bakıda "Cəbrayıl"ı qəbul edib.
Nominal ev sahiblərini meydana Amit Quluzadə çıxarıb. Bir çox klubun formasını geyinmiş Quluzadənin debütü uğurlu alınmayıb.
Hərçənd «Füzuli» ilk 14 dəqiqədə Süleyman Piriyev və Cəsur Hüseynovla iki qol vurub, amma üstünlüyü çox qoruya bilməyiblər.
Öncə Elşad Əliyev fərqi azaldıb. Daha sonra Elvin Nəsibov fərqlənib. Sonuncu 48-ci dəqiqədə qonaqları önə çıxarıb.
Ceyhun Cavadov 52-ci dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Bununla belə, «Cəbrayıl» toparlanmağa özündə güc tapıb və 70-ci dəqiqədə Elvin Nəsibovla qələbə qolunu vurub – 3:4.
Beləcə, Cavid Hüseynovun 1 illik aradan sonra «Cəbrayıl»a dönüşü uğurlu alınıb.
Onu üzən yeganə məqam kimi Mehman Süleymanlının oyunun gedişində üzündən sərt zərbə alaraq, meydanı tərk etməsini qeyd edə bilərik.
SPORTİNFO.AZ