
Azərbaycan 2-ci liqasında 1-ci turun daha 2 oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki "Baku Sportinq" "Şəfa"nı qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.
"Ağdaş" - "Şahdağ" (Qusar) matçında isə heç-heçə qeydə alınıb - 2:2.
1-ci turun açılış görüşündə "Cəbrayıl" "Füzuli"ni 4:2 hesabı ilə məğlub edib.
4 sentyabr
"Baku Sportinq" - "Şəfa" 4:2
Qollar: Ülvi Quliyev, 39, 45, 64-pen. Röyal Nəcəfov, 55 - Asim Quliyev, 30, İbrahim Yusifov, 90+3-pen
"Ağdaş" - "Şahdağ" 2:2
Qollar: Xəzər Məmmədov, 4, 34 - Tural Qurbatov, 38, 51