kinci Liqa ilk Qarabağ derbisini “Cəbrayıl” 4 qolla qazandı

4 Sentyabr 2023 19:20 II Divizion 675
kinci Liqa ilk Qarabağ derbisini “Cəbrayıl” 4 qolla qazandı

Bu gün II Liqada start verilib.

Sportinfo.az xəbər verir ki, müstəqil Azərbaycan tarixində ilk dəfə keçirilən 2-ci liqanın ilk görüşündə "Füzuli" "ASK Arena"da "Cəbrayıl"ı qəbul edib.

Qeyd edək ki, bu komandaları Azərbaycanın veteran futbolçuları çalışdırır. Cavid Hüseynov "Cəbrayıl"ın, Amit Quluzadə isə "Füzuli"nin baş məşqçisidir.

Qarabağ derbisində qonaq komanda "Cəbrayıl" 4:3 hesablı qələbə qazanıb.

Bu gün liqada daha 2 görüş keçiriləcək. "Baku Sportinq" "Şəfa"nı, "Ağdaş" isə "Şahdağ"ı (Qusar) qəbul edəcək.

"Füzuli" - "Cəbrayıl" - 3:4

Qollar: Süleyman Piriyev, (1:0), Cəsur Hüseynov, 14 (2:0), Elşad Əliyev, 36 (2:1), Elvin Nəsibov, 42 (2:2), 48 (2:3), Ceyhun Cavadov, 52 (3:3), Elvin Nəsibov, 70 (3:4)

Digər Xəbərlər
Xəbər Lenti