Azərbaycanda gənc hücumçudan SUPER QOL! - VİDEO

13 Sentyabr 2023 09:40 II Divizion 1 943
Azərbaycanda gənc hücumçudan SUPER QOL! - VİDEO

II Liqada ikinci tur arxada qalıb.

Çempionata son anda qoşulmuş «Dinamo» ilk qələbəsini qazanıb.

Yaşar Seyidovun başında dayandığı komanda Binədə «Lerik»ə «futbol dərsi» keçib. Daxili İşlər Nazirliyini təmsil edən klub rəqibinə 4:1 hesabıyla qalib gəlib.

Bu oyunu izləməyən mütəxəssislərə Vüqar Əlizadə haqda 1-2 kəlmə söz demək borcumuzdur. Gənc hücumçu «Lerik»ə iki qol vurdu.

31-ci dəqiqədə fərqləndiyi ilk epizod onun bütün bacarığı ilə tanış olmağa yetərlidir.

Qəhrəman Əliyevin tapıntısı olan forvard cərimə meydançasının künc hissəsindən topu saxlamadan qapının uzaq «doqquzluğ»una göndərib. Mövsümün ən gözəl qollarından biri sayıla bilər.

«Dinamo»nun heyətində Elmin Əskərli, eləcə də Valeh Seyidov qonaqların qapıçısını məyus edib. Şəki səfərində də penalti vuruşunu dəqiq yerinə yetirən Valehin kapitanlığa layiq çıxışının üzərində dayanmalıyıq.

Vaxtilə Portuqaliyada legioner həyatı yaşamış mərkəz hücumçusu dördüncü qolun pasının müəllifi olub.

«Lerik»in gücü yalnız 84-cü dəqiqədə təsəlli qoluna çatıb. «Xəzər Lənkəran»dan tanıdığımız Kamran Abdullazadə penaltini dəyərləndirib.

Qarşılaşmanı yüzlərlə azarkeş izləyib. Hamısı da cənub bölgəsindən olan fanatlar.

Lerikdən olan deputat İqbal Məmmədov da onların arasında yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti