
Səkkiz illik aradan sonra futbol ailəsinə dönən «Dinamo» ilk yoxlama görüşünü keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) təmsilçisi «Kür-Araz»la üz-üzə gəlib.
Abşeron Olimpiya Kompleksində təşkil olunan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.
«Polislər» ilk hissədə 2:1 öndə olsa da, 60-ci dəqiqədən etibarən ikinci heyətlə oyunu davam etdirib, nəticədə İmişli təmsilçisi gedişatı öz xeyrinə dəyişə bilib.
Sentyabrın 4-də II Liqada mövsümə start veriləcək. İlk dəfə keçiriləcək çempionata son anda qatılan «Dinamo» hazırda komplektləşmə mərhələsindədir.
Komanda avqustun 30-da Region Liqası təmsilçilərindən «Cürət»lə daha bir yoldaşlıq matçı keçirəcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: