
İyunda peşəkar karyerasını bitirdiyini açıqlayan Rahid Əmirquliyev yenidən aktiv futbol həyatına dönüb.
Son 5 mövsümü "Səbail"də keçirmiş yarımmüdafiəçi "Şahdağ"la anlaşıb.
34 yaşlı orta sahə oyunçusu fəaliyyətini bir neçə illik fasilədən sonra bərpa edən və AFFA tərəfindən II Liqaya buraxılan Qusar klubunun kapitan sarğısına yiyələnib.
Azərbaycan millisinin sabiq futbolçusu "Sportinq Bakı" ilə yoldaşlıq oyununda da forma geyinib.
Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120-si "dənizçilər"in payına düşür.
"Şahdağ"ın yetirməsi karyerası ərzində "Xəzər Lənkəran" və "Qarabağ"ın uğurları üçün də tər töküb.
SPORTİNFO.AZ