
Son anda II Liqa iştirakçıları sırasına qoşulan «Şahdağ» baş məşqçisinin kimliyini müəyyənləşdirib.
AFFA İcraiyyə Komitəsinin qərarıyla ilk dəfə keçiriləcək çempionata qatılan Qusar təmsilçisi Bəhram Şahquliyevə tapşırılıb.
O, «Zirə»nin akademiyasından ayrılaraq, yeni iş yerində fəaliyyətə başlayıb.
Şahquliyevin qarşısına medallar uğrunda mübarizə aparmaq vəzifəsi qoyulub.
Adıçəkilən mütəxəssis illər öncə də «Şahdağ»ın sükanı arxasında dayanıb. 16-17 il əvvəl məşqçilik həyatına atılan Şahquliyev ilk addımlarını elə doğma rayonunun komandasında atıb.
SPORTİNFO.AZ