Tanınmış telejurnalist təklif verdi, "Sportinfo" işıqlandırdı, klub bərpa olundu - VİDEO

23 Avqust 2023 14:00 II Divizion 1 178
Tanınmış telejurnalist təklif verdi, "Sportinfo" işıqlandırdı, klub bərpa olundu - VİDEO

"Dinamo"nun fəaliyyətini bərpa etməsi vacib hadisədir".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

Tanınmış telejurnalist 1997-c iildə yaradılan və 2015-ci ildə çıxışını dayandıran "Dinamo"dan danışıb.

Bildirib ki, onlar ATV kanalında yayımlanan "Futbolumuz" verlişində klubun yenidən futbol sferasına dönməsinin zəruriliyi haqda fikirlər bildirəndən və Sportinfo.az saytı məsələni işıqlandırandan sonra AFFA rəhbərliyi bu istiqamətdə gərəkli addımlar atıb.

O, "Dinamo"nun bərpasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müstəsna iş gördüyünü söyləyib.

"Polislər" yeni mövsümdən II Liqada mübarizə aparacaq. İlk dəfə keçiriləcək çempionatın 14 iştirakçısı var və birinci yeri tutan komanda I Liqaya birbaşa vəsiqə qazanacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti