
27 illik fasilədən sonra Azərbaycanda II Liqa bərpa olunub.
Dünən birinci turun 3 oyunu keçirilib.
Axırıncı dəfə 26 il öncə ölkə çempionatında mübarizə aparmış "Ağdaş" doğma rayonda "Şahdağ"la üz-üzə gəlib.
Ev sahiblərinin hücumçusu Xəzər Məmmədov artıq 4-cü dəqiqədə mövsümün ilk qolunu vurub. Qol da nə qol!
O, sürətlə təşkil olunan əks-hücumu əla zərbəylə qusarlıların qapısına vurub. Xəzər 34-cü dəqiqədə fərqi artırıb.
Di gəl, şimal təmsilçisi ruhdan düşməyib. Bəhram Şahquliyevin çalışdırdığı qonaqlar Tural Qurbatovun dublu (38, 51) sayəsində məğlubiyyətdən qurtulub.
Premyer Liqadan tanıdığımız Rövşən Rəcəbovun idarə etdiyi qarşılaşmanı 2000-ə yaxın tamaşaçı izləyib. Onlar oyun ərzində komandalara coşqulu dəstəklə yadda qalıblar.
SPORTİNFO.AZ