COP29

I Liqanı arzulayanlar meydanda - II Liqanın oyunlarını CANLI İZLƏYİN

6 May 13:50 II Divizion 756
I Liqanı arzulayanlar meydanda - II Liqanın oyunlarını CANLI İZLƏYİN

Bu gün II Liqada 24-cü tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Çempionatın lideri olan «Baku Sportinq» medallara iddialı «Qusar»la Sumqayıtda üz-üzə gələcək.

ikinci sırada yer alan «Cəbrayıl» Bakıda «Lerik»in müqavimətini qırmağa çalışacaq.

«Kür-Araz» İmişlidə «Şəki Siti»ni qəbul edəcək. Turnir cədvəlində sonuncu yeri tutan «Kürmük» Qaxda «Şəmkir»i məğlub etmək istəyəcək.

“Cəbrayıl” – “Lerik”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Aydın Baxşıyev, Elvin Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
“Neftçi Futbol Mərkəzi” (IV meydança), 14:00

“Qusar” – “Baku Sportinq”
Hakimlər: Kamal Umudlu, Teymur Teymurov, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00

“Kürmük Qax” – “Şəmkir”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Rasim Axundov, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qax OİK stadionu, 16:00

“Kür-Araz” – “Sheki City”
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Samir Qaracayev, Maqsud Şamıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
H.Əliyev adına İmişli şəhər stadionu, 16:30

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq