COP29

Cənub komandası təhlükədən bir qədər uzaqlaşdı - VİDEO+FOTOREPORTAJ

6 May 09:40 II Divizion 726
Cənub komandası təhlükədən bir qədər uzaqlaşdı - VİDEO+FOTOREPORTAJ

II Liqada 23-cü tur arxada qalıb

. «Lerik»lə «Kürmük»ün qarşılaşması alt sıralara aid sualların birinə cavab verəcəkdi – Sonuncu yerə kim düşəcək?

Ev oyunlarını Lənkəranda keçirən leriklilər baş hakimin start fitini eşidər-eşitməz hücuma atılıb. İlk beş dəqiqədə korner vuruşu zamanı iki təhlükəli vəziyyət yaradıblar.

Hesabı da erkən açıblar. Rəvan Quluzadə üzərinə düşən edib. O, 35-ci dəqiqədə əks-hücumu qolla tamamlayaraq, dublunu rəsmiləşdirib.

Buna kimi isə onlar daha iki frqament yaxalayıb. Gedişatın «Lerik»in xeyrinə inkişaf etdiyi hissənin sonunda Hafiz Məmmədli referinin qəzəbinə tuş gəlib.

Qapıçı toqquşma zamanı yerə yıxılan futbolçulara tərəf şığıyıb, bu isə Vüqar Həsənliyə xoş gəlməyib.

«Fit sahbi» bir neçə saniyəlik fasilə ilə ona (43-cü dəqiqədə) iki sarı vərəqə göstərib. Guya ki, Hafiz verdiyi qərara sərt etiraz edirmiş.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Qax təmsilçisi say üstünlüyü əldə etsə də, nominal ev sahiblərinin qapısına yol tapmyıb.

Əksinə, «Lerik» azı 3-4 epizodda «Kürmük»ün qapıçısını narahat edib.

«Ağ-göylər» bu qələbə sayəsində xal ehtiyatını 19-a çatdırıb və təhlükəli zonadan bir qədər uzaqlaşıb. Qaxlılar isə son sırada qalıb.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Zakir Şükürzadə, Samir Qaracayev
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Hafiz Məmmədli, 43, 43 (hakimin qərarına etiraz); Elvin Cahangirli, 63 (qeyri-idman hərəkəti); Mirvaleh Hüseynov, 82 (qeyri-idman hərəkəti) // Səbuhi Kazımov, 17 (qeyri-idman hərəkəti); Ramin Hacıyev, 50 (qeyri-idman hərəkəti); Revazi Otaraşvili, 80 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Hafiz Məmmədli, 43
Qollar: Rəvan Quluzadə, 8, 35
Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 4 dəq.

“Lerik”

12. Hafiz Məmmədli (k)
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
(93. Röyal Əlizadə, 60)
8. Ruslan Tağızadə
36. Heydər Babayev
99. Mirabbas Qədirli
20. Elvin Cahangirli
14. Penci Ağazadə
9. Azad Bayramzadə
(4. Vusal Nuriyev, 79)
24. Rəvan Quluzadə
(19. Farid Şiriyev, 79)
3. Mirvaleh Hüseynov
(22. Aqil Nəzərov, 87)
Ehtiyat oyunçular:
10. Nurlan Əmirzadə
25. İtaət Balayev
16. Murad Əliyev
23. Niyal Abasov

Baş məşqçi: Vidadi Hüseynov

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
6. Ramin Hacıyev
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
61. Şamil Rəcəbli
9. Nail Təhməzli
23. Revazi Otaraşvili
14. Vüqar Məmmədli
(22. Fərid Məhyəddinov, 70)
26. Fuad Osmanlı
(10. Ehtiram Kərimov, 57)
11. Nurlan Camallı
21. Rəvan Qurbanzadə
(13. Sərxan Mirzəyev, 46)
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
44. Surxay Mikayılov
85. Cavidan Ömərli
31. Əfəndi Əfəndiyev
17. Musa Kərimli
99. Elvin Süleymanov
Baş məşqçi: Telman Kərimov

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq