Uzun illərdir ölkəmizdə yaşayan və işləyən İbrahim Uzunca Region Liqasına üz tutub.
“Ağsu Siti“ türkiyəli mütəxəssisə tapşırılıb.
O, karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo”nu çalışdırıb.
Son olaraq ”Xankəndi”də fəaliyyət göstərib. Qarabağ təmsilçisini Region Liqanın qalibi edib, onu II Liqaya çıxarıb, bu ilin əvvəlində isə oradan ayrılıb..
Uzunca Türkiyədə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor”da işləyib.
SPORTİNFO.AZ

