Bu komandada daha 3 nəfərlə yollar ayırldı

28 Dekabr 2024 19:20 I Divizion 3 054
Bu komandada daha 3 nəfərlə yollar ayırldı

I Liqada qış fasiləsinə səkkizinci pillədə yollanan «Difai»də islahatlar başlayıb.

«Fədailər» 3 futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Ötən ilin noyabrından komandanın formasını geyinən müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyev düşərgəni tərk edib

. Həmçinin bu ilin yayında kollektivə cəlb olunmuş yarımmüdafiəçi Sənan Ağayev buradan gedib.

Beləliklə, son 1 ayda «Difai»nin yollarını ayırdığı oyunçuların sayı 5-ə çatıb.

Klubun daxili nizam-intizam kodeksinə uyğun olaraq, noyabrda Maksimilian Şilder və Nicad İsmayılovla müqaviləyə xitam verilib.

Baş məşqçi Xaqani Məmmədovin rəhbərliyə təqdim etdiyi raporta əsasən, qapıçı və yarımmüdafiəçi ilə kontraktlar qarşılıqlı razılaşma əsasında qüvvədən düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA