"Araz-Naxçıvan"ın hücumçusu çempionatın autsayderinə gətdi

3 Fevral 02:10 I Divizion 737
"Araz-Naxçıvan"ın hücumçusu çempionatın autsayderinə gətdi

I Liqada mübarizə aparan "Şimal" sıralarına yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xaçmaz təmsilçisi "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib. 26 yaşlı hücumçu komandada 9 nömrəli formanı geyinəcək.

E.Əliyev karyerası ərzində "Araz-Naxçıvan", "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.

Hazırda "Şimal" I Liqanın turnir cədvəlində 5 xalla sonuncu - 10-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!