Müdafiəçinin müqaviləsini uzatdı, yeni hücumçu gətirildi

02:00 I Divizion 69
Müdafiəçinin müqaviləsini uzatdı, yeni hücumçu gətirildi

I Liqada mübarizə aparan “Şahdağ Qusar” daha iki futbolçu ilə bağlı qərarını rəsmiləşdirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi qanalı müdafiəçi Kvaku Adjei ilə yeni müqavilə imzalayıb.

Razılaşmaya əsasən, 19 yaşlı afrikalı futbolçu 2026/2027-ci illər mövsümünün sonunadək Qusar klubunun formasını geyinəcək.

O, karyerasına vətənində “Charity Stars” klubunda başlayıb və noyabr ayından etibarən “Şahdağ Qusar”ın heyətində çıxış edir.

Bununla yanaşı, klub hücum xəttini də gücləndirib. Qanalı forvard Peter Agblevor “Şahdağ Qusar”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

O, daha əvvəl Ruandanın “Musenza” və “Police” FC klublarında forma geyinib.

“Şahdağ Qusar” I liqada geridə qalan 12 turdan sonra 12 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!