Orta Asiyada legioner həyatı başa çatdı, I Liqa klubu ilə anlaşdı

31 Yanvar 19:20 I Divizion 1 591
Orta Asiyada legioner həyatı başa çatdı, I Liqa klubu ilə anlaşdı

Ötən ilin ikinci yarısını ölkə xaricində keçirən İlkin Muradov karyerasını Azərbaycanda davam etdirəcək.

29 yaşlı futbolçu I Liqa klubu ilə anlaşıb.

2025-ci ilin yayında Qırğızıstan təmsilçisi “Abdış-Ata Kant”la anlaşaraq dekabr ayına qədər burada forma geyinən dayaq yarımmüdafiəçisi “Baku Sportinq”lə anlaşıb.

Sözləşmənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

İlkin Muradov karyerası ərzində “Zirə”, “Şamaxı” və “Səbail”in uğurları üçün tər töküb ki, Premyer Liqada 174 oyunda 3 qol və 12 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!