Premyer Liqaya qayıtmaq şansı azalan klubun rəhbərliyindən SƏRT QƏRAR!

10:40 I Divizion 197
Premyer Liqaya qayıtmaq şansı azalan klubun rəhbərliyindən SƏRT QƏRAR!

«Səbail» rəhbərliyi komandanı cərimələyib.

I Liqada çıxış edən «dənizçilər» son ayının əməkhaqqı fondunu 20 faiz azaldıb.

Bu qərar təsadüfən verilməyib. Səbəb dekabr ayı ərzində qeydə alınan uğursuz nəticələrdir.

Belə ki, çempionatın 12-ci turunda autsayder «Şimal»ı Bayılda qəbul edən «Səbail» gözlənilmədən 2:4 hesabıyla uduzub.

Sensasion məğlubiyyət birmənalı qarşılanmayıb. Klub yönətimi bu nəticəni araşdırmaqla kifayətlənməyib, eyni zamanda, oyunçuları cəzalandırmağı lazım bilib.

Çünki Premyer Liqaya vəsiqə şansı artıq azalıb. 12 tura 22 xal toplayan «dənizçilər» turnir cədvəlinin üçüncü pilləsində yer alıb və lider «Şəfa»dan 8 xal geri qalır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!