"Mingəçevir" heyətinə yeni oyunçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi "Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadənin transferini açıqlayıb.
O. cari mövsümün ilk yarısını Premyer Liqada - “Karvan”da keçirib.
25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

