Premyer Liqaya iddiasından əl çəkməyən komiandadan YENİ TRANSFERLƏR

14:40 I Divizion 346
Premyer Liqaya iddiasından əl çəkməyən komiandadan YENİ TRANSFERLƏR

I Liqanın favoritlərindən biri hesab olunan «Mingəvçevir» heyətini gücləndirmək istiqamətində əməli addımlar atır.

Yeni himayədarın çətiri altına keçən «işıqçılar» bir neçə nəfərlə anlaşıb.

«Şəfa»dan ayrılan hücumçu Amil Yunanovla yarımmüdafiəçi Ədilxan Qaraəhmədov bundan sonra karyerasını region təmsilçisində davam etdirəcək.

«Şəmkir»dən Taleh Fərmanovu yenidən sıralarına qatan komanda həmçinin Qabil Əlizadə ilə müqavilə imzalayıb. Sezonun ilk yarısını «Karvan»da keçirmiş «Sumqayıt»lı forvard mövsümün sonunadək burada tər tökəcək.

Hazırda «Mingəçevir»in düşərgəsində 6-7 oyunçu baxışdadır. Onların hamısı son vaxtlar I Liqa və II Liqada çıxış edənlərdir.

I Liqanın ilk yarısında enişli-yoxuşlu yol keçən ”işıqçılar” 7 nəfərlə yollarını ayırıb, 5 yeni futbolçu ilə ilkin müqavilə imzalanıb.

Gedənlər və gələnlər kimlərdir?

Ayrılanların siyahısına 4 yerli, 3 legioner oyunçunun adı daxildir. Onların da başında "Araz-Naxçıvan"dan tanıdığımız qanalı yarımmüdafiəçi Mohammed Kadiri gəlir.

Ötən mövsüm Premyer Liqada "ağ-qırmızılar"ın şərəfini qorumuş, cari "futbol ili"ndən etibarən I Liqada çıxış edən afrikalı buradan ayrılmaq istədiyini bildirib və müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Həmçinin nigeriyalı yarımmüdafiəçi Yayte Bakari və rusiyalı müdafiəçi Rimas Kerimi düşərgəni tərk edib.

Yerlilərə gəlincə, Sahib Həsənov həqiqi hərbi xidmətə yollanıb. Samir Abdullayevlə Qurban Səfərov "Karvan"a keçib.

Vaxtilə "Neftçi" və "Səbail"in formasını geyinmiş müdafiəçi Cabir Əmirli isə sağlıq durumundakı problemlərə görə komandadan getməli olub.

"Mingəçevir" 12 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb. Şəhərin eyniadlı təmsilçisi lider ”Şəfa”dan 9 xal geri qalır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?