Qurban Qurbanovun milliyə çağırdığı hücumçu buradan da getdi

16 Yanvar 01:20 I Divizion 1 799
Qurban Qurbanovun milliyə çağırdığı hücumçu buradan da getdi

I Liqa təmsilçisi "Şəfa" Amil Yunanovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

33 yaşlı futbolçu daha öncə “Qəbələ”, “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Şamaxı”, “Səbail”, “Turan Tovuz”, “Kəpəz”, “Biliş” kimi klublarda çıxış edib.

O, 2018-ci ildə, Qurban Qurbanovun baş məşqçisi olduğu vaxt milliyə də dəvət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!