Premyer Liqada 1 dəqiqə şans qazanmadı, 6 aylıq müqavilə imzaladı

14 Yanvar 15:00 I Divizion 1 576
Premyer Liqada 1 dəqiqə şans qazanmadı, 6 aylıq müqavilə imzaladı

“Karvan”a lazım olmayan Nika Çaçaşvili karyerasını I Liqaya enib.

Cari mövsüm Premyer Liqada şans qazanmayan, yalnız Azərbaycan kubokunda 35 dəqiqə meydanda olan 21 yaşlı sağ cinah müdafiəçisi “Mingəçevir“lə anlaşıb

O, elitaya vəsiqə uğrunda mübarizə aparan “işıqçılar“la 6 aylıq müqavilə imzalayıb.

Onun ad-soyadı Gürcüstana xas olsa da, Azərbaycan vətəndaşlığını daşıyır. Bu, valideynlərindən birinin Azərbaycan vətəndaşı olmasına görədir.

“Mingəçevir“lilər “Qəbələ“nin yetirməsi olan Nikanın əvəzinə iki oyunçusunun Yevlax təmsilçisinə keçidinə şərait yaradıb.

Yarımmüdafiəçi Samir Abdullayevlə hücumçu Qurban Səfərov sezonun ikinci hissəsini “sarvanlar“ın sıralarında tamamlayacaq. “Karvan“ bu cütlüklə 6 aylıq kontrakt bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!