Bombardir 500 manatlıq fərqi görüb, seçimini dəyişdi - TRANSFER

12 Yanvar 22:40 I Divizion 350
Bombardir 500 manatlıq fərqi görüb, seçimini dəyişdi - TRANSFER

I Liqada çempionluq hədəfindən nisbətən uzaq düşən “Səbail” qış fasiləsindən maksimum yararlanmağa çalışır.

Baş məşqçi Adil Şükürov klub rəsmiləri ilə söhbətdə heyətin azı üç futbolçu ilə gücləndirilməsinin vacibliyini bildirib.

Hücum xətti ilə bağlı narahatlıq aradan qalxıb.

“Dənizçilər” çempionatın ilk yarısında “Şahdağ Qusar” formasında vurduğu 7 qolla adını bombardirlər siyahısına yazdıran Ruslan Vorontsovla anlaşıb.

Əslində, 30 yaşlı futbolçu liqanın lideri “Şəfa”yla danışıb, razılaşmışdı.

Lakin “Səbail”in son anda aylıq maaş məbləğini artırması Ruslanı qərarı dəyişməyə məcbur edib.

Söhbət 500 manatlıq fərqdən gedir.

“Şəfa” hər ay üçün 1800 manat təklif edirdisə, “Səbail”dəki qazancı 2300 manat olacaq.

Ruslanın karyerası əsasən I Liqa təmsilçiləri ilə bağlıdır.

O, müxtəlif illərdə MOİK, “Şəmkir”, “Zaqatala”, “Qaradağ-Lökbatan”, “Karvan-Yevlax”, “Mingəçevir”, “Qəbələ” kimi komandaların formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 18:10 Çək və bizə göndər!
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI
12 Yanvar 03:00 Çempionlar - FOTOLAR