Legioner olmaq fikrinə düşsə də... “Qarabağ”ı kim istəməz ki?”

11 Yanvar 23:45 I Divizion 231
Legioner olmaq fikrinə düşsə də... “Qarabağ”ı kim istəməz ki?”

“Gələcək planlarım ilk növbədə legioner həyatı yaşamaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında müqavilə ilə “Qarabağ”a məxsus olan və icarə əsasında “Difai”nin formasını geyinən qapıçı Sadıq Məmmədzadə deyib.

Mövsümün əvvəlindən bəri I Liqada çıxış edən gənc kiper özünü ölkə xaricində sınamaq istədiyini bildirib:

“Bunun üzərində menecerim Emil Asadov işləyir, əziyyət çəkir. İnşallah, yaya doğru yaxşı xəbərlər gözləyirəm.

Amma əsas proritetim oynaya biləcəyim yerə getməkdir. Ölkə xarici olsa əla olar, amma digər variant kimi Premyer Liqa klubları da olsa yaxşı olar.

Menecerim məşğul olduğu üçün geniş nəsə deyə bilmərəm. "Qarabağ"a qayıtmaq fürsətim olsa bir gün bu klubun əsas heyət üzvü olmağı xəyal edirəm.

Əlbəttə, mən bunu istəyərəm. “Qarabağ”ı kim istəməz ki?

Nəinki Azərbaycanda, hətta Avropada sözünü deyən klublardan biridir. Düşünürəm ki, “Qarabağ”da oynamaq çox gəncin xəyalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol