Gözünü Premyer L iqadan çəkməyən klub iki legioneri yola saldı

10 Yanvar 14:40 I Divizion 616
Gözünü Premyer L iqadan çəkməyən klub iki legioneri yola saldı

Aylardan bəri davam edən maliyyə problemlərini yeni sponsorun sayəsində aradan qaldırmağa müvəffəq olan «Mingəçevir» I Liqanın ikinci hissəsinin hazırlıqlarına start verib.

«İşıqçılar» təmsilçisi olduğu şəhərdə çalışmalara başlayıb.

Hələlik gələnlər olmasa da, gedənlər var. Qapıçı Sahib Həsənov həqiqi hərbi xidmətə yollanıbsa, Rəhim Cəfərli «İmişli»yə qayıdıb.

Həmçinin iki legioner Ramiz Məmmədovun «qara siyahı»sına düşüb.

Bunlar yarımmüdafiəçilər - qambiyalı Jayte Bakari və Usman Abbadır. Hər iki afrikalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

«Mingəçevir» sezonun geridə qalan hissəsində 21 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində yer alıb. Məqsəd yenə dəyişməyib – çempionluq! Baş məşqçi iddialarından dönmədiklərini saytımıza son açıqlamasında da dilə gətirib.

Təcrübəli mütəxəssis qarşıda hələ 15 turun olmasına diqqət çəkərək, birincilik savaşını axırıncı həftəyədək davam etdirəcəklərini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar