Dörd komandadan təklif aldı, ən çox maaş verəni seçdi

9 Yanvar 09:40 I Divizion 2 054
Dörd komandadan təklif aldı, ən çox maaş verəni seçdi

Qarşısında çempionluq məqsədi dayanan “Şəfa” dayanmaq bilmir.

Qış fasiləsinə lider qismində yollanan İ Liqa təmsilçisi heyətini gücləndirməkdə davam edir.

“İmişli”nin hücumçusu İbrahim Əliyevi rənglərinə bağlayan bakılılar daha bir forvardın keçidini həll edib.

Çempionatın ilk yarısını “Şahdağ Qusar”da keçirərək 7 qola imzasını yazdıran Ruslan Vorontsov bundan sonra “Şəfa”nın uğurları üçün tər tökəcək.

Klubla futbolçu arasında cari mövsümün sonuna qədər razılıq əldə olunub. Komandaya elitaya vəsiqə qazansa, sözləşmənin 1 illik uzadılması nəzərdə tutulub.

30 yaşlı hücumçuya maraq göstərən klublar arasında “Səbail”, “Baku Sportinq” və “Mingəçevir” də var idi.

Lakin o, seçimini “Şəfa”nın xeyrinə edib. Bu da maliyyə ilə bağlıdır. Belə ki, Premyer Liqaya iddialı iştirakçı mingəçevirli ön xətt oyunçusuna hər ay 3500 manat əməkhaqqı ödəyəcək.

Ruslanın karyerası əsasən I Liqa təmsilçiləri ilə bağlıdır. O, müxtəlif illərdə MOİK, “Şəmkir”, “Zaqatala”, “Qaradağ-Lökbatan”, “Karvan-Yevlax”, “Mingəçevir”, “Qəbələ” kimi komandaların formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI