İkinci transferi etdilər, iki nəfəri yola saldılar

8 Yanvar 10:40 I Divizion 709
İkinci transferi etdilər, iki nəfəri yola saldılar

I Liqada turnir cədvəlinə başçılıq edən «Şəfa» heyətini gücləndirməkdədir.

Premyer Liqaya birbaşa vəsiqə qazanmağa ən şanslı namizəd olaraq göstərilən paytaxt təmsilçisi «İmişli»dən ayrılan İbrahim Əliyevi sıralarına qatmaqla kifayətlənməyib.

Cari mövsüm çempionatda 7 qol vurmuş Ruslan Voronsov da Elgiz Kərəmlinin çalışdırdığı kollektivə qoşulub.

«Şəfa» yarışın ilk yarısında «Şahdağ»ın formasını geyinmiş hücumçu ilə 6 ay+1 illik müqavilə imzalayıb.

Baş məşqçi yeni gələnlərin əvəzində iki nəfərin xidmətindən imtina edib. Bunlar hücumçu Amit Quluzadə ilə yarımmüdafiəçi Ruslan Hacıyevdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA