“Şahdağ Qusar”ın qış hazırlıq planı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti dərc edib.
Məlumatda qeyd olunur ki, qusarlılar yanvarın 6-dan fevralın 4-dək Azərbaycan Cüdo Federasiyasının(ACF) təlim-məşq bazasında toplanış keçəcək.
“Yanvarın 6-sı ilk məşqə çıxan komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri barədə ətraflı məlumat veriləcək” – deyə məlumatda qeyd olunur.
“Şahdağ Qusar” Birinci Liqada 12 turdan sonra 12 xalla səkkizinci pillədə qərarlaşıb.

