“İmişli”də ayrılıq reallaşıb.
İbrahim Əliyev bölgə təmsilçisini tərk edib.
“Sumqayıt”la oyundan sonra baş məşqçi Jorj Kaşkilyanın köməkçisi ilə sözü çəp gəldiyinə görə əsas heyətdən uzaqlaşdırılan 26 yaşlı hücumçu karyerasını I Liqada davam etdirəcək.
Əliyev elitaya yüksəlməyi qarşısına hədəf qoyan “Şəfa” ilə anlaşıb.
Müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
İbrahim “İmişli”də aylıq 2500 manat məvacib alırdısa, yeni iş yerində 3000 manat qazanacaq.
Aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının şərəfini qorumuş forvard mövsümün ilk yarısında “İmişli”nin formasında 9 oyunda 89 dəqiqə meydanda olub.
HƏBİB / SPORTİNFO.AZ

