7 qol vurdu, indi də təkliflərin içində “batır”

7 Yanvar 21:20 I Divizion 708
7 qol vurdu, indi də təkliflərin içində “batır”

Qış fasiləsində I Liqanın gündəm adamı Ruslan Vorontsovdur.

30 yaşlı hücumçu mövsümün ilk yarısında “Şahdağ Qusar” formasında vurduğu 7 qolla diqqətləri üzərinə çəkməyi bacarıb.

Sportinfo.az xəbər verir ki, liqanın 4 klubu Ruslanı heyətinə qatmaq uğrunda mübarizə aparır.

Bunlar “Şəfa”, “Baku Sportinq”, “Səbail” və “Mingəçevir”dir.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Vorotnsov seçimini edəndən sonra klublar arasında işin maliyyə tərəfi müzakirə olunacaq.

Səbəbkarın özü də karyerasını iddialı klubda və daha sərfəli şərtlər altında davam etdirməkdə maraqlıdır.

Ruslanın karyerası əsasən I Liqa təmsilçiləri ilə bağlıdır. O, müxtəlif illərdə MOİK, “Şəmkir”, “Zaqatala”, “Qaradağ-Lökbatan”, “Karvan-Yevlax”, “Mingəçevir”, “Qəbələ” kimi komandaların formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti